YAZI QAYDALARI

 

  1. Tezisin adı (böyük hərflə), müəllifin adı-soyadı, iş yeri və elektron poçt ünvanı bildirilməlidir.
  2. Tezisin mətni dəqiq elm sahələrində 500-750, humanitar elm sahələrində 750-1000 kəlimə aralığında olmalıdır. Tezislər 12 ölçüdə “Times New Roman” şrifti ilə yazılmalı, soldan, sağdan, yuxarıdan və aşağıdan 25 mm boşluq buraxılmalıdır.
  3. Konfransa təqdim olunacaq tezislər Azərbaycan, Türk, İngilis və ya Rus dillərində ola bilər.
  4. Tezis göndərmək üçün ilkin olaraq web səhifəsində qeydiyyatdan keçmək lazımdır. Yalnız bir dəfə qeydiyyatdan keçməklə bir neçə tezis göndərmək mümkündür.  Tezis göndərmək üçün istifadəçi adı kimi email ünvanınızı, ilkin şifrə olaraq isə soyadınızı  (daxil etdiyiniz formada) istifadə edərək məqalə göndər linkindən hesaba daxil olaraq müvafiq pəncərədən tezisin aid olduğu elm sahəsi və tezis faylı seçilməklə tezisinizi göndərə bilərsiniz.
  5. Göndəriləcək faylın adı ingilis əlifbasının hərfləri və ya rəqəmlərdən ibarət olmalıdır.
  6. Tezis web sayt vasitəsi ilə göndərildikdən sonra seçilmiş bir neçə anonim rəyçi tərəfindən məqbul, düzəliş və ya qeyri məqbul şəklində qiymətləndiriləcəkdir. Düzəliş dedikdə rəyçinin müəyyən iradlarının nəzərə alınaraq tezis üzərində düzəlişlərin edilərək təkrar göndərilməsi nəzərdə tutulur. Rəyçinin iradları tezis qəbulunun son gününədək düzəldilib təkrar göndərilməlidir. Əks təqdirdə qeyri məqbul kimi qiymətləndiriləcəkdir. Təkrar göndərmə pəncərəsini istifadə etməyiniz vacibdir. Email vasitəsiylə göndərilən tezislər dəyərləndirilməyəcək.
  7. Tezislərdə elmi yenilik, səmərəlilik və faydalılıq olmalıdır. Konfransa göndərilən tezislər Elmi heyət tərəfindən qiymətləndirilərək seçiləcəkdir. Rəyçilərin şəxsiyyəti anonim saxlanılır.
  8. Tezislərin qəbulu haqqında məlumat hər bir iştirakçının qeydiyyatdan keçdiyi web səhifəsində elan ediləcəkdir.